...

Azərbaycanda yeni fənn kurikulumları hazırlanacaq

Cəmiyyət Materials 27 Aprel 2017 09:58 (UTC +04:00)
Azərbaycanda ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumları hazırlanacaq.
Azərbaycanda yeni fənn kurikulumları hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumları hazırlanacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda təhsil islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması, onların tətbiqinə dair tövsiyələrin işlənməsi planlaşdırılıb. Kurikulumlar hazırlanarkən təmayül siniflərinin xüsusiyyətlərinə uyğun olaraq onların variativ xarakter daşıması nəzərdə tutulur.

Kurrkilumların hazırlanması üçün Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər üçün), Azərbaycan dili (dövlət dili kimi ), ədəbiyyat, rus dili (təlim rus dilində olan məktəblər üçün), ədəbiyyat (təlim rus dilində olan məktəblər üçün), xarici dil, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat, fizika, kimya, biologiya, çağrışaqədərki hazırlıq fənn kurikulumlarının hazırlanması üzrə mütəxəssislər tələb olunur. Xidmətin icra müddəti 30 avqust 2017- ci il tarixədəkdir.

Xəbər lenti

Xəbər lenti