...

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Cəmiyyət Materials 27 Aprel 2017 12:48 (UTC +04:00)
Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir.
Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir.

Trend-in məlumatına görə, “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən B.Muradova deyib ki, təhsil müəssisələrinə yaxın yerlərdəki qapalı müəssisələrdə qəlyan çəkilməsi qadağan edilməlidir.

Onun sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir:

“Təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur. Yeniyetmə gənclər həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti