...

İxtiraların ÜƏMT sistemində mühafizəsi imkanları araşdırılır

Cəmiyyət Materials 27 Aprel 2017 14:39 (UTC +04:00)
Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin İnkişafına dair seminar keçirilir.
İxtiraların ÜƏMT sistemində mühafizəsi imkanları araşdırılır

Bakı. Trend:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin (TİDM) İnkişafına dair” 2 günlük təlim-seminar öz işinə başlayıb.

Komitədən Trend-ə verilən məlumata görə, təlimin açılış mərasimində SMPDK sədrinin müavini Niyazi Rəhimov bildirib ki, seminarın əsas məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayan komitə sədrinin müavini ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişafın dayandığını xüsusi vurğulayıb:

“Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində addım olaraq keçirilən sayca 2-ci seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edəcək və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti