...

7 yaşlı Ayana dəstək məqsədilə xeyriyyə konserti keçirilir

Cəmiyyət Materials 27 Aprel 2017 14:42 (UTC +04:00)
7 yaşlı Ayana dəstək məqsədilə xeyriyyə konserti keçirilir.
7 yaşlı Ayana dəstək məqsədilə xeyriyyə konserti keçirilir

Bakı. Trend:

7 yaşlı Ayana dəstək məqsədilə xeyriyyə konserti keçirilir.

Trend-in məlumatına görə, tanınmış müğənnilər 7 yaşlı Beyləqan sakini Ayanın ayağa qalxması üçün aprelin 29-da bir araya gələcək. Saat 15:00-da Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda təşkil olunacaq xeyriyyə konsertinin keçirilməsində məqsəd balaca Ayanın əməliyyat olunmasına maddi yardım göstərməkdir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçiriləcək konsertdə iştirak etmək üçün biletləri şəhərin bütün mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

Biletlərin qiyməti 5, 10 və 15 AZN təşkil edir.

Qeyd edək ki, Həsənalıyeva Ayan Ramil qızı “Dəqiqləşdirilməmiş gənclik artriti” xəstəliyindən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti