...

Milli QHT Forumu akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2017 14:50 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu (MQF) akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib.
Milli QHT Forumu akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli QHT Forumu (MQF) akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib.

MQF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyublar.

Daha sonra MQF Bakı QHT Resurs və Təlim Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. MQF-nin üzvlərinin iştirakı ilə tədbiri açan Forumun vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında, dünya tibb elminə gətirdiyi yeniliklər barədə danışıb. Bildirib ki, dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyasının və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasını əsasının qoyulması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Tədbirdə MQF-nin media və infiomasıya məsələləri üzrə vitse-prezidenti Sevil Yusifova, İdarə heyətinin sədr müavini İradə Rzazadə, Çingiz Bayramov, MQF-nin Nəzarət-Təftiş Komissiyasının sədri Ceyhun Hacıbəyov, İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə, Firudin İbrahimli, Nəsibə Musayeva, MQF Ailə Dəstək Mərkəzinin rəhbəri Esmira Rəhimova, MQF Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova və digər şəxslər akademik Zərifə xanım Əliyevanın Azərbaycan ictimai həyatında böyük xidmətləri barədə, nümunəvi Azərbaycan xanımı olaraq onun irsinin təbliğinin vacibliyi barədə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti