...

BDU-da şəxsiyyətin sosial adaptasiyası möv­zusu müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2017 17:40 (UTC +04:00)
Bakı Dövlət Univer­si­te­tində “Müasir Azərbaycan Psixoloqları” İc­ti­mai Birliyinin və Sosial elmlər və psixo­lo­gi­ya fa­kültəsinin Tələbə Elmi Cəmiyyətinin bir­gə təş­kilatçılığı ilə “Mədəni müxtəliflik şə­rai­tində şəxsiyyətin sosial adaptasiyası prob­­lemləri” möv­zusunda Respublika elmi-prak­tik konfran­sı keçirilib.
BDU-da şəxsiyyətin sosial adaptasiyası möv­zusu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Univer­si­te­tində “Müasir Azərbaycan Psixoloqları” İc­ti­mai Birliyinin və Sosial elmlər və psixo­lo­gi­ya fa­kültəsinin Tələbə Elmi Cəmiyyətinin bir­gə təş­kilatçılığı ilə “Mədəni müxtəliflik şə­rai­tində şəxsiyyətin sosial adaptasiyası prob­­lemləri” möv­zusunda Respublika elmi-prak­tik konfran­sı keçirilib.

Trend-in məlumatına görə, plenar iclası giriş sözü ilə Sosial elmlər və psixo­lo­gi­ya fakültəsinin dekanı professor Hik­mət Əlizadə açaraq, konfrasın BDU-nun rektorunun əmri əsasında “Müasir Azərbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirib. Qeyd edib ki, tələbələrin I kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb edilməsi əsas vəzifələrdəndir və bu konfrans da bunun əyani göstəricisidir.

“Müasir Azər­baycan Psixoloqları” İB-nin səd­ri, “Psixologiya” kafedrasının müdiri, AMEA–nın müx­bir üz­vü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhəmiyyətindən, tələbə­lə­rin elmi araşdırmalara marağın artırılma­sın­dan və bu işin gələcəkdə də davam etdirilməsinin zə­ru­ri­li­yindən danışıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Psixoloqları Cəmiyyətinin fəaliy­yə­ti­nin 25 illik fasilədən sonra yenidən bərpa edilməsi za­manın tələbidir. Bu cəmiyyətin fəaliyyəti imkan verəcək ki, Azər­baycanda psixologiya sahəsində həm peşəkar psi­xoloqların hazırlanması, həm də psixoloji xid­mə­tin müxtəlif sahələrdə təşkili elmi əsaslarla apa­rıl­sın. Psixoloji xidmət adı altında əhaliyə gös­tə­ri­lən qeyri-peşəkar fəaliyyətin qarşısı alınsın. Bugünkü tələbələr elə peşəkar hazırlanmalıdırlar ki, onlar həm elmi araşdırmalar aparsınlar, həm də keyfiyyətli psixoloji xidməti həyata keçir­sin­lər.

Konfransda Azər­bay­can Dövlət Pe­daqoji Univer­si­te­ti­nin “Ümumi psi­xo­logiya” ka­fe­drasının müdiri, professor Ramiz Əli­yev, Azər­bay­can Dillər Uni­ver­sitetinin “Psixologiya” ka­fe­dra­sının müdiri do­sent Ceyhun Alıyev çıxış ediblər. Onlar burada qaldırılan məsələlərin ak­tuallığını və əhəmiyyətini qeyd ediblər. Çıxış edənlər daha sonra bildiriblər ki, psixoloq-tələbələrin ilk respublika konfransının keçirilməsi psixologiya elminin gələcək inkişafına öz töhfəsini verəcək.

Sonra Qaim Cəfərli “Gənclərin so­sial-psixoloji adap­­tasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zorakılığa məruz qalan şəxs­lə­rin cəmiyyətə adap­ta­siyasının sosial-psixoloji təhli­li­nə dair”, Mahirə Hüseynova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məmmədova “Övladlığa gö­türü­lən uşaqların yeni ailəyə adaptasiyası”, Tubuxanım Həmidova “Xüsusi qay­ğıya ehtiyacı olan şəxslərin cə­miy­yə­tə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hüseynli “Mədəni müxtə­lif­lik şəraitində mil­li azlıqların cəmiyyətə adapta­si­ya­sı”, Əsgərli Əs­mər “Yeni ailə quran gənclərin adap­ta­si­yası mə­sə­lə­si”, Cəmilə Mirzəyeva “Yaşlıların tə­qaü­də adaptasiyası” möv­zusunda çıxış ediblər.

Plenar iclasdan sonra bölmələr üzrə tələbələrin mə­ruzələri dinlənilib. Maraqlı diskussiyalarla keçən kon­fransda tələbələrin hazırladıqları 40 elmi məruzə din­lə­nilib

Xəbər lenti

Xəbər lenti