...

Azərbaycan Elm Assosiasiyası növbəti seminarını keçirib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2017 18:54 (UTC +04:00)
Azərbaycan Elm Assosiasiyası tərəfindən növbəti seminar təşkil edilib.
Azərbaycan Elm Assosiasiyası növbəti seminarını keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Elm Assosiasiyası tərəfindən növbəti seminar təşkil edilib.

Trend-in məlumatına görə, “Qafqaz Baku City”-də keçirilən tədbirdə kriminologiya və kriminalistika sahələrinə dair mövzular əhatə edilib.

Tədbirdə Elm Assosiasiyasının nümayəndələri İnqilab Şahbazov və Nəriman Hüseynovun mövzularla bağlı təqdimatları keçirilib, kriminologiya və kriminalistika sahələrinə dair məlumatlar interaktiv şəkildə auditoriyaya çatdırılıb.

Azərbaycan Elm Assosiasiyası müntəzəm şəkildə müxtəlif elm sahələrini əhatə edən seminarlar keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti