...

IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirilib (FOTO)

İdman Materials 27 Aprel 2017 20:44 (UTC +04:00)
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirilib.
IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirilib (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirilib.

Püşkatama mərasimi İslam Həmrəyliyi Oyunlarının Təkilat Komitəsinin nümayəndələri, baş məşqçilər və mətbuatın iştirakı ilə keçirilib.

Mərasimə Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi Fərid Qayıbov rəhbərlik edib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə yarışlar mayın 13-də başlayacaq və 3 gün davam edəcək. Yarışlarda 13 ölkədən 29 idmançı çıxış edəcək. Azərbaycan komandası Özbəkistan, Əfqanıstan və İndoneziya təmsilçiləri ilə ilk altqrupda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti