...

AHİK qalibləri mükafatlandırıb

Cəmiyyət Materials 28 Aprel 2017 17:42 (UTC +04:00)
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
AHİK qalibləri mükafatlandırıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev giriş sözü ilə çıxış edib.

S.Mehbalıyev məlumat verib ki, Ümumdünya əməyin mühafizəsi günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib: “Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur”.

AHİK sədri vurğulayıb ki, əməyin mühafizəsi AHİK-in daima diqqət mərkəzində saxladığı prioritet məsələlərindən biridir: “Bu həm də ondan irəli gəlir ki, həmkarlar ittifaqlarının üzvlərinin əksəriyyəti əhalinin işləyn təbəqəsinə aiddir. Hər bir həmkarlar ittifaqı üzvünün layiqli iş şəraitində çalışmasının təmin olunmasına ictimai nəzarəti də əsasən həmkarlar ittifaqları təşkilatları gündəlik olaraq həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, bu işdə bizim təşkilatlarla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında sıx əlaqələr yaranıbdır. Bu əməkdaşlıq həmçinin 2012-ci ildə yaradılmış “Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Şura” və bu il yaradılmış “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası” çərçivəsində aparılır”.

Tədbirin sonunda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat və sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti