...

Şəkidə meşədə qətl - Qaynını güllələdi

Hadisə Materials 1 May 2017 10:08 (UTC +04:00)
Şəki rayonunda qətl hadisəsi baş verib.
Şəkidə meşədə qətl - Qaynını güllələdi

Bakı. Samir Əli - Trend:

Şəki rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi yaxınlığındakı meşədə baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Balıyev Vidadi Sübhan oğlu öz qaynı, rayonun İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Səfərov Tofiq Məhyəddin oğlunu odlu silahla güllələyərək qətlə yetirib.

Hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı Şəki şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti