...

Nazir: Azərbaycana məhz 15 ölkədən daha çox turist gəlib

Cəmiyyət Materials 2 May 2017 13:57 (UTC +04:00)
Azərbaycana son 3 ay ərzində gələn turistlərin sayı ötən ilin müvafiq dövrü lə müqayisədə 25 faiz artıb.
Nazir: Azərbaycana məhz 15 ölkədən daha çox turist gəlib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana son 3 ay ərzində gələn turistlərin sayı ötən ilin müvafiq dövrü lə müqayisədə 25 faiz artıb.

Trend-in məlumattına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Məclisin bu gün keçirilən iclasında Turizm haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, strateji yol xərityəsinə uyğun olaraq, marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib:

“Bu da indi öz nəticəsini verir. Əgər ölkəyə turist gəlişi ümumilikdə 25% artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox - 36 faiz olub”.

Nazir bildirib ki, dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir:

“Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır”.

Ə.Qarayev qeyd edib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməldir:

"Qanunda yeni turizm zonaların yaradılması və idarə edilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluq hallarının qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti