...

Georgi Pryaxinin "Xəzər yuxuları" romanı Azərbaycan dilində

Cəmiyyət Materials 5 May 2017 10:10 (UTC +04:00)
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.
Georgi Pryaxinin "Xəzər yuxuları" romanı Azərbaycan dilində

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr – mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.

Romanı dilimizə Etimad Başkeçid çevirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti