...

Bakı Ali Neft Məktəbində tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb

Cəmiyyət Materials 5 May 2017 12:11 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb.
Bakı Ali Neft Məktəbində tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransın bağlanış mərasimində BANM-in rəhbərliyi, professor-müəllim heyəti və BP, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək, konfransı yüksək səviyyədə təşkil edən Təşkilat Komitəsinə, professor-müəllim heyətinə və elmi işlərə maraqla yanaşan bütün iştirakçılara təşəkkürünü bildirib. O, müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiyini söyləyərək, tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbində bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Sonra konfransda iştirak edən beynəlxalq şirkət nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirin keçirilməsinə və elmin inkişafına verilən töhfələrə görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.

Rektor Elmar Qasımov ən maraqlı məruzələrlə çıxış edən iştirakçıları BANM-in müxtəlif dərəcəli diplomları və SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərinin həvəsləndirici mükafatları ilə təltif edib.

Ümumilikdə, “Neft-qaz mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Kimya mühəndisliyi” bölməsi üzrə 4 tələbə, “Fizika” bölməsi üzrə 2 tələbə ,“Riyaziyyat” bölməsi üzrə 2 tələbə müxtəlif dərəcəli diplom və həvəsləndirici mükafatlara layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti