...

103 yataqxanada təmir-bərpa işləri aparılıb

Cəmiyyət Materials 5 May 2017 12:58 (UTC +04:00)
103-ə yaxın yataqxanada məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təmir-bərpa işləri aparılıb.
103 yataqxanada təmir-bərpa işləri aparılıb

Bakı. Trend:

103-ə yaxın yataqxanada məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təmir-bərpa işləri aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) Trend-ə verilən məlumata görə, bunu Dünya Bankının (DB) sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel Baş nazirin müavini, QMKİDK-in sədri Əli Həsənovla görüşündə deyib.

Dünya Bankının nümayəndəsi bu işlərin davam etdirilməsini təklif edib.

R.Vrobelin rəhbərlik etdiyi nümayəndə heyəti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər edib.

R.Vrobel bildirib ki, səfər proqramı çərçivəsində Gəncə, Yevlax, Ağdam, Goranboy və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olublar. Bu layihələrin ən yaxşı layihələr sırasında olduğunu deyən DB nümayəndəsi istər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, istər gəlirgətirmə, istərsə də gənclərə dəstək ilə bağlı həyata keçirilən işləri xüsusi qiymətləndirdi. O həmçinin qeyd edib ki, Azərbaycanda bu sahədə qazanılan uğurları görmək daha da ürəkaçandır.

R.Vrobel həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanalarda təmir-bərpa işlərinin aparıldığını deyib.

Görüşdə Ə.Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. P bildirib ki, indiyədək DB-nin xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib və bundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaqdır.
Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirdi və bu səfərlərin tez tez olmasının vacibliyini vurğuladı.

Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.

Ə.Həsənov məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmış səylərin gücləndirilməsi məqsədilə Ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Hökuməti və DB arasında imzalanmış yeni Kredit Sazişi məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını qeyd edib. Görüşdə həyata keçirilən layihələrlə bağlı geniş müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti