...

ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətinə 87 039 müraciət olub

Cəmiyyət Materials 5 May 2017 14:30 (UTC +04:00)
Cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 87 039 dəfə müraciət olunub.
ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətinə 87 039 müraciət olub

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 87 039 dəfə müraciət olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə göstəricisi artmaqda davam edir. Cari ilin aprel ayında vətəndaşlar bu e-xidmətə ötən ilin aprel ayı (13 739) ilə müqayisədə isə 68,2 faiz çox olmaqla, 23 115 dəfə müraciət ediblər. Ümumilikdə cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” e-xidmətinə 87 039 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz çoxdur.

Elektron arayış sistemində aktuallığı ilə seçilən “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə onlayn rejimdə öz iş yerinə dair arayış əldə etməyə imkan verir və artıq bunun üçün vətəndaşın əmək fəaliyyətində olduğu müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə ehtiyac qalmır. Ondan istifadə qaydası da çox sadədir. Belə ki, istifadəçi “E-hökumət” portalında autenfikasiyadan keçdikdən sonra “İş yerinə dair arayış” e-xidmətini seçir və bundan sonra portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edə bilir. Arayışı çap edərək kağız şəklində və ya elektron qaydada arayış tələb olunan təşkilata göndərmək olar.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından fəaliyyət göstərir və cari ilin 01 may tarixinə qədər bu e-xidmətə 539 910 dəfə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti