...

Misirli nazir Bakı Dövlət Universitetində olub (FOTO)

Cəmiyyət Materials 6 May 2017 14:12 (UTC +04:00)
Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi Bakı Dövlət Universitetində olub.
Misirli nazir Bakı Dövlət Universitetində olub (FOTO)

Bakı. Trend:

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən danışıb. BDU-nun Misir universitetləri ilə əməkdaşlığından bəhs edən rektor, eyni zamanda, ərəb dili və ədəbiyyatı üzrə kadr hazırlığı, Azərbaycan ərəb elmi məktəbləri barədə də məlumat verib.

Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi, öz növbəsində, Bakı Dövlət Universitetini ziyarətindən məmnunluğunu ifadə edib, əlaqələrin daha da inkişafına dəstək verəcəklərini qeyd edib.

Görüşdə BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, birgə konfransların keçirilməsi məsələləri də müzakirə edilib.

Qarşılıqlı maraq doğuran görüş universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanışlıqdan sonra başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti