...

UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2017 17:56 (UTC +04:00)
Bu gün UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə iməcilik keçirilib.
UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə iməcilik keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə iməcilik keçirilib.

UNEC-dən Trend-ə verilən məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələri Badamdar qəsəbəsində öncədən əkdikləri həmişəyaşıl ağaclara qulluq ediblər.

Ulu öndərin ad günü münasibəti ilə həyata keçirilən abadlıq-yaşıllaşdırma işlərinin məqsədi müdrik rəhbərin təbiətə sevgisi, onun qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə vermək, ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi ölkədə həyata keçirilən layihələrə UNEC kollektivinin dəstəyini göstərməkdir.

Qeyd edək ki, UNEC kollektivi qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə 1500-dən artıq ağac əkib.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti