...

Bakının bu rayonunda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 8 May 2017 10:58 (UTC +04:00)
Suraxanı yolunda hərəkət qismən məhdudlaşdırılır.
Bakının bu rayonunda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Suraxanı yol ayrıcından Suraxanı dairəsinədək olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsi) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək.

Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti