...

"ASAN xidmət" mərkəzlərində 9 may qeyri-iş günüdür

Cəmiyyət Materials 8 May 2017 12:34 (UTC +04:00)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür.
"ASAN xidmət" mərkəzlərində 9 may qeyri-iş günüdür

Bakı. Trend:

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Bildirilir ki, Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 9 may qeyri-iş günüdür. 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti