...

Masallı “ASAN Həyat”da ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2017 18:55 (UTC +04:00)
Masallı “ASAN Həyat”da ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Masallı “ASAN Həyat”da ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

“ASAN xidmət”, Masallı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayonu üzrə şöbəsi və “ASAN Radio”nun təşkilatçılığı ilə Masallı “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.

Trend-in məlumatına görə, tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələr təqdim etmiş şəxslərə partiya biletləri təqdim olunub, güllər əkilib, həmçinin bir sıra şagirdlərə fəxri diplomlar verilib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, “ASAN Radio” Azərbaycanın cənub bölgəsində 92.7 FM dalğasında artıq yayıma başlayıb. Belə ki, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında, həmçinin Şirvan şəhərində “ASAN Radio”nu 92.7 FM dalğasında dinləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti