...

Zəlzələ baş verən rayonun İcra Hakimiyyətindən AÇIQLAMA

Cəmiyyət Materials 11 May 2017 10:20 (UTC +04:00)
Saatlı rayon İcra Hakimiyyəti rayon ərazisində baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Zəlzələ baş verən rayonun İcra Hakimiyyətindən AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Saatlı rayon İcra Hakimiyyəti rayon ərazisində baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zaur Əsədov Trend-ə bildirib ki, zəlzələ səhər saatlarında hiss olunub:

"Zəlzələ hiss olunsa da, dağıntı olmayıb. Sakinlərə heç bir ziyan dəyməyib, evlərdə və obyektlərdə çatlar müşahidə edilməyib. Hazırda hər şey normaldır".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:24:19-da qeydə alınıb.

Maqnitudası 5.3, dərinliyi 48 km olan zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti