...

Qurban Yetirmişli: Saatlıdakı zəlzələ 5-7 km dərinlikdə olsaydı, 7 bala çata bilərdi

Cəmiyyət Materials 11 May 2017 10:25 (UTC +04:00)
Bu gün səhər saatlarında Saatlıda baş verən zəlzələ bu ilin ən güclü zəlzələsi sayılır.
Qurban Yetirmişli: Saatlıdakı zəlzələ 5-7 km dərinlikdə olsaydı, 7 bala çata bilərdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün səhər saatlarında Saatlıda baş verən zəlzələ bu ilin ən güclü zəlzələsi sayılır.

Bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ dərində olduğundan ətraf rayonların hamısında hiss edilib: “Çünki zəlzələ zəif olmayıb. Ocaqda baş verən zəlzələ güclüdür. Episentrdə zəlzələ 5-7 km dərinlikdə olsaydı, bu, 7 bala kimi hiss olunan zəlzələ olardı. Sadəcə, zəlzələ 50 km dərinliyində olduğundan, onun hiss edilməsi dairəsi geniş olub və zəlzələ daha çox geniş ərazini silkələyib. Saatlı, Beyləqan, Cəlilabad rayonlarında zəlzələ 4 bala kimi hiss edilib”.

Q.Yetirmişli qeyd edib ki, bu zəlzələni insanlar hiss etsələr də, belə dərinlikdə olan zəlzələlər dağıntı törətmir:

“Belə zəlzələlər zamanı dağıntılar ola bilməz. Ola bilsin ki, keyfiyyətsiz tikinti materiallarından istifadə edilən bəzi tikililərdə bu halda dağıntı ola bilər. Amma episentr özü yaşayış məntəqəsi deyil”.

Tehran Seysmoloji Xidməti: Saatıldakı zəlzələ İranda da hiss olunub

Tehran Seysmoloji Xidməti: Saatıldakı zəlzələ İranda da hiss olunub

Q.Yetirmişli bildirib ki, bu zəlzələdən sonra səhər saatlarında yenidən həmin dərinlikdə 2,9 bal gücündə təkanlar qeydə alınıb:

Belə təkanların hələ qeydə alınacağını söyləyən mərkəz direktoru əlavə edib ki, bundan sonra 5 baldan güclü zəlzələnin baş verəcəyi gözlənilmir: "Ola bilər ki, səthə yaxın - qırılma xətti boyunca hiss olunan zəlzələ ola, layların parçalanması da baş verə bilər. Amma bu təkandan güclü zəlzələnin baş verəcəyini gözləmirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti