...

Kitab bayramına həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2017 14:57 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə IX ənənəvi Kitab bayramına həsr olunmuş tədbir keçirilib.
Kitab bayramına həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə IX ənənəvi Kitab bayramına həsr olunmuş tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, Milli məclisin deputatı Fazil Mustafa, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, şairə, jurnalist Gülarə Munis, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri, yazıçı Sayman Aruz, Yazıçılar Birliyinin üzvü, yazıçı Nəsibə Tahir Anadil, Yazıçılar Birliyinin üzvü, tərcüməçi Ümid Nəccari, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə kitabxananın önündəki uşaqların əl işlərindən və rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Çıxışçılar bildiriblər ki, artıq ənənə halını alan bayramın keçirilməsində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, gənclərin və uşaqların maariflənməsi üçün çox önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti