...

Gəncədə özbək şairləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 15 May 2017 11:31 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairləri Dilbar Xaydarova və Xosiyat Bobomurodova ilə görüş keçirilib.
Gəncədə özbək şairləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairləri Dilbar Xaydarova və Xosiyat Bobomurodova ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova qonaqları salamlayıb, Özbək-Azərbaycan ədəbi əlaqələri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, azərbaycanlı şair Maqsud Şeyxzadə öz taleyini qardaş xalqın taleyi ilə bağlamış, Özbəkstanın Xalq Şairi fəxri adına layiq görülmüşdür. Həmçinin Səməd Vurğun Qafur Qulam dostluğu bu gündə onların xələfləri tərəfindən uğurla davam etdirilir. Elə bu görüşdə deyilənlərin əyani təzahürüdür. Sonra söz qonaqlara verilib.

Dilbar Xaydarova və Xosiyat Bobomurodova tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər, Azərbaycanın bu günkü uğurlu inkişafına heyran qaldıqlarını bildirdilər, yeni şeirlərini məclis iştirakçılarına çatdırdılar.

Şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli Turan dünyası ədəbiyyatının qarşılıqlı əlaqələrindən, Nizami yaracılığından təsirlənərək “Xəmsə” yaratmış Əlişir Nəvainin həyatı və Qazax akını Abayın Azərbaycanla bağlı olduğu barədə məlumat verdi.

Şair və yazıçılardan İnqilab İsaq, Ələsgər Əlioğlu, İmam Cəmilli, Saleh Qurbanov, Zahir Şirani, Ramiz Təmkin, Cahandar Aybər, Aydan Əsgərova, İlkanə Həsənova, Aləmzər Əlizadə və başqaları qonaqlara arzularını çatdırdılar, yeni şeirlərini oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti