...

Abituriyentlər üçün ikinci sınaq imtahanı iyunun 11-də olacaq

Cəmiyyət Materials 17 May 2017 11:13 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də ikinci sınaq imtahanı keçiriləcək.
Abituriyentlər üçün ikinci sınaq imtahanı iyunun 11-də olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də ikinci sınaq imtahanı keçiriləcək.

Trend-in məlumatına görə, sınaq imtahanında iştirakçılara yeni test kitabçası təqdim olunacaq. İmtahanın respublikanın 11 şəhər və rayonunda olmaqla, 63 imtahan binasında təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 35200 yer ayrılıb.

Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

İyunun 11-də keçiriləcək sınaq imtahanına qeydiyyat 6 iyun saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Xatırladaq ki, mayın 27-də keçiriləcək ilk sınaq imtahanına da yazılış davam edir. Abituriyentlər DİM-in saytının “Sınaq imtahanına yazılış ” bölməsində imtahan keçiriləcək bina və yerlərlə tanış ola bilərlər.

Mərkəz xəbərdarlıq edir ki, iyunun 11-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək. Buna görə də “Azərbaycan dili” imtahanında iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti