...

Rumıniya səfiri BDU-da olub (FOTO)

Cəmiyyət Materials 17 May 2017 16:33 (UTC +04:00)
Rumıniya səfiri Dan İanku Bakı Dövlət Universitetində olub.
Rumıniya səfiri BDU-da olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib.

Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir Dan İanku bunun üçün BDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.

Görüşdə bu günlərdə baş tutacaq universitetlərarası forumdan da bəhs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti