...

Səyyar ASAN bu gündən Xaçmaz və Qusarda

Cəmiyyət Materials 22 May 2017 10:27 (UTC +04:00)
Səyyar ASAN qatarı 22 may-5 iyun tarixlərində Xaçmaz şəhərində, səyyar ASAN xidmət isə 22 may-20 iyun tarixlərində Qusar şəhərində vətəndaşlara səyyar xidmət göstərəcək.
Səyyar ASAN bu gündən Xaçmaz və Qusarda

Bakı. Trend:

Səyyar ASAN qatarı 22 may-5 iyun tarixlərində Xaçmaz şəhərində, səyyar ASAN xidmət isə 22 may-20 iyun tarixlərində Qusar şəhərində vətəndaşlara səyyar xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, bununla yanaşı, Səyyar ASAN xidmət tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB), Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Həmçinin, səyyar avtobuslar 1-30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, 3-22 may Məhəmmədi kəndində, 20-29 may Pirallahı qəsəbəsində, 20 may-8 iyun tarixlərində isə Zərdabda vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti