...

Sabahdan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda məhdudiyyətlər ləğv olunur

Cəmiyyət Materials 22 May 2017 17:36 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı Baş DYP İdarəsi sürücülərə müraciət edib.
Sabahdan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda məhdudiyyətlər ləğv olunur

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı Baş DYP İdarəsi sürücülərə müraciət edib.

İdarədən Trend-ə verilən məlumata görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.

Xəbər lenti

Xəbər lenti