...

12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən tanınmış iş adamının məhkəməsi başladı

Cəmiyyət Materials 23 May 2017 15:52 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən tanınmış iş adamının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə C.Canıyev özünü ittihamlarda təqsirli bilməyib. Hazırlıq iclası başa çatıb və iş üzrə məhkəmə baxışı mayın 31-nə təyin edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti