...

6,3 min nəfərdən çox əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib

Cəmiyyət Materials 25 May 2017 11:47 (UTC +04:00)
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 6,3 min nəfərdən çox əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.
6,3 min nəfərdən çox əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib

Bakı. Trend:

Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 6,3 min nəfərdən çox əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, cari ilin yanvar-aprel aylarında 6 314 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmin insanlardan 2 612 nəfər şəxsə nazirliyin Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə xidmətləri göstərilib. Müasir tibbi-fizioterapevtik aparatlardan istifadə edilməklə və səmərəli reabilitasiya üsulları vasitəsilə onların tibbi, sosial və peşə reabilitasiyası, sosial statuslarının bərpası yönündə kompleks işlər aparılıb.

Qalan 3 702 nəfər əlilliyi olan şəxs isə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ümumilikdə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 358 aşağı və yuxarı ətraf protezi, 3096 müxtəlif reabilitasiya vasitəsi, 526 yuxarı və aşağı ətraf ortezi, 812 cüt protez ayaqqabı, 1473 cüt ortopedik ayaqqabı, 375 cüt dirsəkaltı ağac, 708 ədəd əsa və s.) verilib.

Ölkəmizdə bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar olaraq, son illərdə ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensiallarının reallaşdırılması üçün yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Həmçinin bu müəssisələrin ən müasir tibbi və fizioterapevtik avadanlıqlarla təminatı həyata keçirilib. Hazırda nazirliyin digər bir sıra reabilitasiya müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti