...

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

Cəmiyyət Materials 28 May 2017 11:14 (UTC +04:00)
Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.
Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti