...

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günü olacaq

Cəmiyyət Materials 26 May 2017 10:20 (UTC +04:00)
Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may Respublika Günü münasibətilə qeyri-iş günü elan olunub.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günü olacaq

Bakı. Trend:

Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may Respublika Günü münasibətilə qeyri-iş günü elan olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti