...

Nazirlik: Diaqnostik qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər ixtisar ediləcək

Cəmiyyət Materials 26 May 2017 12:38 (UTC +04:00)
İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.
Nazirlik: Diaqnostik qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər ixtisar ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, indiyədək 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil:

"Ona görə də biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin".

E.Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmələrdə zəif nəticə göstərən və ixtisar ediləcək müəllimlərin sayı kifayət qədərdir: "Ola bilər ki, belə müəllimlər özləri də ərizə yazaraq işdən çıxsınlar. Artıq işdən çıxmaq üçün müraciətlərin edilməsi halları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti