...

Tərtərdə tank əleyhinə tüstü minası tapılıb (FOTO)

Cəmiyyət Materials 27 May 2017 06:32 (UTC +04:00)
Tərtər rayonu Qaradağlı kəndində suvarma kanalının kənarında 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb
Tərtərdə tank əleyhinə tüstü minası tapılıb (FOTO)

Bakı. Trend:

Tərtər rayonu Qaradağlı kəndində suvarma kanalının kənarında 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 26 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 651 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 27 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 363 125 kv.m ərazi (617 092 kv.m əl ilə, 1 145 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 487 993 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti