...

Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib

Cəmiyyət Materials 27 May 2017 09:30 (UTC +04:00)
Digər dövlətlərin penitensiar müəssisələrdə məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil.
Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib

Bakı. İlhamə İsabalayeva – Trend:

Digər dövlətlərin penitensiar müəssisələrdə məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.

Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil:

"Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar müəssisələrdə olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti