...

Oftalmoloqlar problemlərini birlikdə müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 27 May 2017 10:02 (UTC +04:00)
“Müasir oftalmologiya elminin inkişafı və naliyyətləri” mövzusunda 3-cü regional konfransı keçirilib.
Oftalmoloqlar problemlərini birlikdə müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Gəncədə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı və naliyyətləri” mövzusunda 3-cü regional konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən oftalmoloqlar qarşılaşdıqları çətinliklər, xəstəliklərin aradan qaldırılması ilə bağlı öz fikirlərini bölüşüb, problemin həlli yollarını araşdırıblar.

Tədbirdə bildirilib ki, Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Konkret olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının fəaliyyətinə baxdıqda deyə bilərik ki, klinika ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bu xəstəliklərə konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit və s. daxildir.

Hazırda Mərkəzin Gəncə filialında el arasında “Lazer” deyilən ən müasir əməliyyat üsulu FAKO emulsifikasiya üsulu ilə həyata keçirilir. Bu əməliyyat iynəsiz və tikişsiz icra olunur.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, problemləri araşdırmaq, təkliflər verməkdir: “Bu gün bütün sahələrlə yanaşı, tibbin göz xəstəlikləri ilə də bağlı sahəsi də sürətlə inkişaf edir. Dövlətin bu sahəyə xüsusi diqqət və qayğısı var. Bizim borcumuz isə üzərimizə düşənləri yerinə yetirməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti