...

İH başçısının müavini: Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb

Cəmiyyət Materials 27 May 2017 20:38 (UTC +04:00)
Azərbaycanda artıq dünya miqyaslı idman tədbirləri keçirilir
İH başçısının müavini: Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb

Kürdəmir. Maksim Tsurkov - Trend:

"Azərbaycanda artıq dünya miqyaslı idman tədbirləri keçirilir. Ölkəmiz Birinci Avropa Oyunları, "Formula-1" yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbirləri ən yüksək səviyyədə keçirilib".

Bunu Trend-ə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli deyib.

V.Əsgərli bildirib ki, Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb:

"Butun bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri olub".

Onun sözlərinə görə, idman yarışları nəinki paytaxtda, regionlarda da keçirilir:

"Kürdəmir Olimpiya İdman Kompleksində artıq 7 ildir ki, gimnastika qrupu fəaliyyət göstərir və bu müddət ərzində onların çox böyük uğurları, qalibiyyətləri olmuşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti