...

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək (FOTO)

Cəmiyyət Materials 30 May 2017 11:19 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək.
Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək.

Trend-in məlumatına görə, bu, Bakı Şəhəri Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi arasında "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-yə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara 20%-dək endirimli qiymətlərlə xidmətlər təklif edəcək.

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və 15 iyul 2017-ci il tarixə qədər davam edəcək. İndiyə qədər layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və Türkiyə mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.

BŞH Əməliyyat Şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqət cəlb edəcək yerlərə vurmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti