...

Formula 1-ə 57 ölkədən bilet alınıb (YENİLƏNİB)

Cəmiyyət Materials 30 May 2017 11:38 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb.
Formula 1-ə 57 ölkədən bilet alınıb (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb.

Trend-in məlumatına görə, bbunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

O bildirib ki, ötən illə müqayisədə bilet alan ölkələrin sayı daha çoxdur və bu çox sevindiricidir:

“Ötən illə müqayisədə biletlər daha sürətlə satılıb. Bəzi tribunalara biletlər tam satılıb, bəzi tribunalara isə çox az sayda biletlər qalıb. Bu il yarışın daha əyləncəli keçəcəyinə ümid edirik”.

B.Özerdim bildirib ki, bilet alan ölkələrin ilk beşliyində Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləridir.

Onun sözlərinə görə, Avropa ölkələrindən bilet alanların ilk sırasında isə Almaniya, Finlandiya, Hollandiya və digər ölkələr var:

"Ümumilikdə yarışları 30 min tamaşaçının izləyəcəyini gözləyirik. Dünya üzrə isə yarışları 400 milyondan çox tamaşaçı izləyəcək".

B.Özerdim qeyd edib ki, ümumilikdə biletlərin 56 faizi xaricdən alınıb:

“Bu, son rəqəmlər deyil, qarşıda 3 həftə ərzində bilet satışları davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti