...

Alkoqollu içkilərin reklamı bu hallarda qadağan edildi

Cəmiyyət Materials 31 May 2017 14:13 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Alkoqollu içkilərin reklamı bu hallarda qadağan edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, təklif edilən dəyişikliklərdə Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Dəyişikliyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Həmçinin dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti