...

"Trend" İslamiadanın işıqlandırılmasında MOK tərəfindən “Ən yaxşı informasiya agentliyi” elan edildi (FOTO)

Cəmiyyət Materials 31 May 2017 14:40 (UTC +04:00)
Milli Olimpiya Komitəsində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilmiş “Zəfər günləri” layihəsini fəal şəkildə işıqlandıran KİV və digər təşkilatların nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib
"Trend" İslamiadanın işıqlandırılmasında MOK tərəfindən “Ən yaxşı informasiya agentliyi”  elan edildi (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Milli Olimpiya Komitəsində (MOK) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilmiş “Zəfər günləri” layihəsini fəal şəkildə işıqlandıran KİV və digər təşkilatların nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma müxtəlif nominasiyalar üzrə keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyi “Ən yaxşı informasiya agentliyi” nominasiyasında mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib.

“Zəfər günləri” layihəsi ilk dəfə 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunları zamanı azərbaycanlı idmançıların uğurlarının şərəfinə təşkil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti