...

ADU-da dövlət imtahanı ilə bağlı qərar verilib

Cəmiyyət Materials 31 May 2017 15:06 (UTC +04:00)
Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.
ADU-da dövlət imtahanı ilə bağlı qərar verilib

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Elmi Şuranın iclasında 2016-2017-ci tədris ilində bakalavriat səviyyəsində yekun Dövlət Attestasiyanın, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili, 2016-2017-ci tədris ilin II yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı və cari məsələlər müzakirə edilib.

Müzakirə nəticəsində Azərbaycan Dillər Universitetində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb.

Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti