...

BANM-in müəllimi Portuqaliya institutunun ilin ən yaxşı tələbəsi seçilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2017 12:28 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) «Kimya mühəndisliyi» bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb.
BANM-in müəllimi Portuqaliya institutunun ilin ən yaxşı tələbəsi seçilib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) «Kimya mühəndisliyi» bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən məlumata görə, o, Portuqaliya univerisitetinin ən yaxşı tələbəsi olmasını təsdiq edən xüsusi diploma layiq görülüb.

Qeyd edək ki, Rima Quliyeva orta təhsilini Bakının 35 saylı məktəbində alıb. 2000-ci ilde Bakı Dövlət Universitetinin Kimya fakultesinə yüksək balla qəbul olunub. 2014-cü ildə TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz Universiteti Kimya mühəndisliyi bölümünün “Əsas üzvi sintezin kimyası və texnologiyası” ixtisasına qəbul olunub. 2015-ci ildə magistratura təhsilini Portuqaliya, Braqansa Politexnik İnstitutunda davam etdirib və təhsilinin bu pilləsini fərqlənmə ilə bitirib.

“Bakalavr təhsilini bitirdikdən tam 10 il sonra həyatımda yeni bir başlanğıc edərək magistraturaya qəbul olmaq üçün sənədlərimi TQDK-ya təqdim etdim və ele bu qazanacağım uğurların başlanğıcı oldu. Qafqaz Universiteti ile başladığım təhsili Portuqaliyada yüksək nəticə ilə başa vurdum. Amma bu müddət ərzində məqsədim yalnız təhsil almaq deyil fərqli təhsil sistemi və onun üstün cəhətlərini öyrənib öz vətənimdə tətbiq etmək idi. İnstitutun keçirdiyi beynəlxalq tədbirlərdə aktiv iştirak edərək Azərbaycanı, onun sərvətlərini, tarixi mədəni irsini bacardığım qədər tanıtmağa çalışdım və aldığım sertifikatlar buna nail olduğumun göstəricisidir”, - Rima Quliyeva deyə bildirib.

O vurğuladı ki, qazandığı bilik və təcrübəni reallaşdırmaq ancaq Bakı Ali Neft Məktəbində mümkün idi. R.Quliyevanın sözlərinə görə burada gənc mütəxəssislər üçün elmi və pedaqoji fəaliyyət üçün geniş imkanlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti