...

Bakı-Şamaxı-Yevlax avtomobil yolu çökdü (FOTO)

Cəmiyyət Materials 2 İyun 2017 11:58 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çökmə olub.
Bakı-Şamaxı-Yevlax avtomobil yolu çökdü (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çökmə olub. Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, iyunun 1-də axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub. Əraziyə dərhal “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub. Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub: "Təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib. Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyəyn hissəsi sel sularından ziyan görüb".

A.Nəcəfli bildirib ki, hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirili. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti