...

Binəqədidə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2017 17:32 (UTC +04:00)
Binəqədi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Binəqədidə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bir sıra silsilə tədbirlər keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətndən Trend-ə verilən məlumata görə, ilk tədbir 26 may tarixində Binəqədi rayonunda 40 saylı körpələr evi –uşaq bağçasında “Uşaqların nağıl dünyası” adlı tədbir ilə başlayıb.

“Uşaqların nağıl dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval- ruhiyə yaradıb.

İkinci tədbir 30 may tarixində Binəqədi rayonunda Akademik Z.Əliyeva adına istirahət parkında hemafiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təşkil edilib. Tədbirdə Hemafiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqların nümayiş etdirdikləri mahnılar, rəqslər və səhnəciklər , balacaların ifasında nümayiş edilən Moda sərgisi tədbir iştirakçılarında xoş əhval-ruhiyə yaradıb.

Üçüncü tədbir 01 iyun tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun, Binəqədi Rayon Gənclər və İdman idarəsinin və “Azline” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünya bizim dünyadır” adlı tədbir keçirilib. Tədbirdə uşaqların ifasında nağıl qəhrəmanları canlandırılaraq müxtəlif kompozisiyalar, şeir, musiqi və rəqslər nümayiş olunub. Təqdim olunan kompozisiyalar insanlar tərəfindən xoş qarşılanıb.

O cümlədən, rayon ərazisində yerləşən təhsil və məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər, maraqlı flaşmoblar təşkil edilib.

Ümumillikdə, keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib. Ulu Öndər dəfələrlə vurğulamışdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti