...

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 4 İyun 2017 20:30 (UTC +04:00)
Sabah Ramazan ayının 10-cu günüdür.
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Bakı. Trend:

Sabah Ramazan ayının 10-cu günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:12-də, iftar isə saat 20:24-dədir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti