...

"Sağlam Ailə-UltraLab" klinikasının təşkilatçılığı ilə konfrans təşkil olunub (FOTO)

Cəmiyyət Materials 5 İyun 2017 10:58 (UTC +04:00)
"Sağlam Ailə - UltraLab" klinikasının təşkilatçılığı ilə Bakıda 700-dən çox həkim üçün konfrans təşkil olunub.
"Sağlam  Ailə-UltraLab" klinikasının təşkilatçılığı ilə konfrans təşkil olunub (FOTO)

Bakı. Trend:

"Sağlam Ailə - UltraLab" klinikasının təşkilatçılığı ilə Bakıda 700-dən çox həkim üçün konfrans təşkil olunub.

“Sağlam Ailə-UltraLab” klinikasının təşkilatçılığı ilə Bakıda “Allerqologiyada molekulyar diaqnostika” adlı konfrans keçirilib.

Tədbir 2 iyun 2017-ci il tarixində “Boulevard Hotel Baku”da baş tutub.

Konfransın keçirilməsində məqsəd allerqologiya sahəsində yeniliklərin müzakirəsi və bu sahədə istifadə olunan metodların qarşılıqlı fikir mübadiləsinin aparılması olub.

Tədbirin açılışını professor tibb üzrə elmlər doktoru Sənan Kərimov və əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru Amaliya Əyyubova etmişdir.

Sonra dosent, tibb elmləri namizədi Tahirə Pənahova “Bronxial astmanın diaqnostikasının müasir akspektləri” mövzusunda məruzəsi olmuşdur.

“Sağlam Ailə” şirkətlər qrupunun direktoru Vüqar Eyvazov konfrans iştirakçılarına “Laborator diaqnostikada yeniliklər və keyfiyyətə nəzarət”in edilməsi ilə bağlı təqdimat etmişdir.

Konfransa Avstriyadan dəvət olunmuş “HDV Biotech” şirkətinin baş direktoru, INUNIMAI Beynəlxalq Molekulyar Allerqologiya və İmmunologiya Universitetinin Molekulyar Allerqologiya kursunun mühazirəçisi Aleksandr Mixayloviç Hil və Moskva şəhərinin baş allerqoloqu, tibb üzrə elmlər doktoru Aleksandr Nikolayeviç Pampura məruzələrlə çıxış ediblər. Konfransda 700-dən çox həkim iştirak edib.

“Sağlam Ailə” Bakı şəhərində əhaliyə göstərdiyi 14 illik xidmət nəticəsində vətəndaşların inamını qazanıb. Bakı kəndlərinin sakinlərinin istəyi ilə, 1 oktyabr 2016-cı il tarixində yeni, Bilgəhdə yerləşən “Amburan Mall” kompleksində “Sağlam Ailə- UltraLab” mərkəzi sakinlərinin istifadəsinə verilib. Mərkəzdə müxtəlif çeşidli laborator və poliklinik xidmətlər göstərilir.

“Sağlam Ailə-UltraLab” mərkəzinin açılmasında məqsəd bu regiondakı insanlara yüksək keyfiyyətli xidmət göstərməkdir. Şəbəkənin genişləndirilməsi “Sağlam Ailə” Tibb Mərkəzinin müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Mərkəz mütəmadi olaraq, ölkədə tibb sahəsinin inkişafına istiqamətlənmiş sosial-maarifləndici layihələr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti