...

ABŞ və Azərbaycan Sabirabadda tibbi xidmətləri təkmilləşdirir (FOTO)

Cəmiyyət Materials 8 İyun 2017 13:01 (UTC +04:00)
ABŞ və Azərbaycan Sabirabad rayonunda tibbi xidmətləri təkmilləşdirir.
ABŞ və Azərbaycan Sabirabadda tibbi xidmətləri təkmilləşdirir (FOTO)

Bakı. Trend:

ABŞ və Azərbaycan Sabirabad rayonunda tibbi xidmətləri təkmilləşdirir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Qaralı kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

Tədbirdə ABŞ səfirinin həyat yoldaşı xanım Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

A.Sekuta bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir: “Bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi dostluğun təzahürüdür”.

EWMI təşkilatının texniki dəstəyi ilə Qaralı sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Qaralı və qonşu kəndlərdən 3,000-ə yaxın sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti