...

Ramazanın 17-ci günü: dua, imsak və iftar vaxtı

Cəmiyyət Materials 11 İyun 2017 20:30 (UTC +04:00)
Sabah Ramazan ayının 17-ci günüdür.
Ramazanın 17-ci günü: dua, imsak və iftar vaxtı

Bakı. Trend:

Sabah Ramazan ayının 17-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:08-də, iftar isə saat 20:28-dədir.

Ramazan ayının 17-ci gününün duası:

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti