...

İdman federasiyalarına maliyyə dəstəyi kəsiləcək, əgər...

Cəmiyyət Materials 9 İyun 2017 07:58 (UTC +04:00)
Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.
İdman federasiyalarına maliyyə dəstəyi kəsiləcək, əgər...

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.

Trend-in məlumatına görə, bununla bağlı "Bədən tərbiyəsi və idman haqqında" qanunun 11-ci maddəsinə (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) 11.2.9-cu və 11.2-1-ci bəndlərin əlavə edilməsi təklif edilir.

11.2.9-cu bəndə əsasən, idman federasiyaları "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanuna və milli antidopinq qrumunun qaydalarına uyğun olaraq idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etməlidir.

11.2-1-ci bəndə əsasən isə respublika idman federasiyaları tərəfindən bu qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənə qədər kəsilməsinə səbəb olur.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti